SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikanın gömrük orqanları tərəfindən saxlanılmış mallar Hərbi Liseyə təhvil verilib-FOTO

Muxtar respublikanın gömrük orqanları tərəfindən saxlanılmış mallar Hərbi Liseyə təhvil verilib-FOTO
14-04-2020, 19:39

Gömrük orqanları tərəfindən saxlanılmış ümumi çəkisi 3289 kq olan müxtəlif ərzaq məhsulları aktlaşdırılaraq Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilib. NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Komitənin Mətbuat xidməti məlumat yayıb. 

Bu münasibətlə keçirilən tədbirdə vurğulanıb ki, bu gün Azərbaycan ordusu, o cümlədən hərbi təhsil müəssisələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ulu Öndərimizin adını daşıyan hərbi liseydə kursantların ən müasir tələblər səviyyəsində təhsil alması, onların sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər ən yüksək səviyyədə görülübdür. Gömrük orqanları tərəfindən saxlanılmış malların kursantlara təqdim olunması dövlətimiz tərəfindən milli ordu quruculuğu işinə göstərilən diqqət və qayğının, xalq-ordu birliyinin daha bir ifadəsidir. 
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Hərbi Liseyə təhvil verillən mallar 754 kq düyü, 442 kq qənd, 416 kq qarabaşaq, 304 kq xurma, 234 kq lobya dənəsi, 234 kq noxud, 234 kq yaşıl noxud, 234 kq məkə, 234 kq mərcimək, 117 kq çay, 80 kq fısdıq, 6 kq ədviyyatdan ibarət olub. 
Hərbi liseyin zabiti Hikmət Hacıyev və kursantlardan Tapdıq Abbasov və Əhməd Həsənov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib, bu cür tədbirlərin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıblar.

 

Muxtar respublikanın gömrük orqanları tərəfindən saxlanılmış mallar Hərbi Liseyə təhvil verilib-FOTO

Muxtar respublikanın gömrük orqanları tərəfindən saxlanılmış mallar Hərbi Liseyə təhvil verilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930