SON DƏQQƏ

naxcivanxeberleri.com

Müsabiqə qalibi olan Bakı şagirdi NASA-ya göndəriləcək

Müsabiqə qalibi olan Bakı şagirdi NASA-ya göndəriləcək
13-04-2020, 17:57

Azərbaycan məktəbliləri arasında keçirilən “Bu günün alimi“ (Scientist for a day) inşa-yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilib.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, cari ildə "Bir alim kimi düşünün və növbəti yerləri araşdırmaq üçün qərar verin!" mövzusunda keçirilən müsabiqədə V-XI sinif şagirdləri iştirak ediblər. Müsabiqəyə 50 inşa-yazı göndərilib və onlardan yalnız 38-i ilkin şərtlərə cavab verərək qiymətləndirmə mərhələsinə keçib.

Yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş karantin rejimi ilə əlaqədar olaraq müsabiqə qaliblərinin elan olunması ilə bağlı tədbir onlayn platformada təşkil olunub.

Yarımfinal mərhələsinə vəsiqə almış 7 inşanın qiymətləndirilməsi isə onlayn qaydada həyata keçirilib və I, II, III yerlər müəyyənləşdirilib. Müsabiqədə I yerə layiq görülən Bakı şəhəri 214 nömrəli ümumtəhsil məktəbinin XI sinif şagirdi Elvin İbrahimov növbəti seçim turuna vəsiqə qazanaraq NASA-ya göndəriləcək, NASA alimləri və mühəndisləri ilə birgə telekonfrans və ya videokonfranslarda iştirak edəcək.

Qeyd edək ki, sözügedən müsabiqə 2015-ci ildən etibarən ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) tərəfindən məktəblilərin gələcək kosmik missiyalara diqqətini cəlb etmək və bu istiqamətdə elmi marağı artırmaq, həmçinin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keçirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930