SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

Azərbaycan alimləri yeni velosiped ixtira ediblər
12-02-2019, 13:30 292 dəfə baxılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.

İnstitutdan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu, Azərbaycanın ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir.

Sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728