SON DƏQİQƏ

naxcivanxeberleri.com

Anar İbrahimov: Siyasət, strategiya, reallıq-Şahmat oyunu düşüncə tərzinə necə təsir edir?

Anar İbrahimov: Siyasət, strategiya, reallıq-Şahmat oyunu düşüncə tərzinə necə təsir edir?
12-02-2019, 12:24 262 dəfə baxılıb

Anar İbrahimov: Siyasət, strategiya, reallıq-Şahmat oyunu düşüncə tərzinə necə təsir edir?
















Siyasəti əyani göstərmək imkanı baxımından şahmat oyunu olduqca maraqlıdır. Oyun nəzəriyyəsi (siyasi elmlərdə oyun nəzəriyyəsinin formal modellərinin qurulmasında) bir sıra analogiyalar aparılır, amma şahmatın qalib gəlmək/məğlub olmaq, heç-heçəyə qalmaq (siyasətdə bunu “Status Quo”nun saxlanılması kimi daha tez-tez eşidirik) fəlsəfəsi bu qədim oyunun bütövlükdə, həm də ayrı-ayrı maraqlı pozisiyalarının siyasi analogiyanın aparılmasında və izahında asanlıqla istifadə edilməsinə imkan yaradır. Şahmatın ən böyük üstünlüyü isə burda tək kəmiyyət yox, keyfiyyət üstünlüyü amilinin son nəticəyə təsir payının/ehtimalının yüksək olmasındadır. Təbii ki, buna tək siyasətdə deyil (məsələn, elə hərb elmində də) başqa sferalarda da qarşılıq gətirmək olar. Əlqərəz, bir müddət əvvəl uşaqların şahmat üzrə ev tapşırıqlarına kömək edərkən belə bir məsələ ( yuxarıdakı MP4 file`a baxın) həm asanlığına həm də ibrətamiz məzmununa görə məni düşündürdü. Elə indiki yazımın da məqsədi, bunu bölüşməkdir.


Küncə sıxışan qaraların şahı üç piyadanın əhatəsində vəzirə gedir, ilk baxışdan tam kəmiyyət üstünlüyü və məqsədə asanlıqla çatmaq illyuziyası var. Ağlar buna cəmi bir piyada və şahlarının mərkəzdəki sərbəst mövqeyi ilə cavab verir. Real siyasətdə olduğu kimi qapalı olmaq, həm də periferiyaya söykənmək heç də təhlükəsiz olmaq demək deyil, ona görə ki, ilk növbədə bu manevr imkanlarını məhdudlaşdırır, yəni seçim imkanlarını daraldır. Əksinə lazım olan zamanda və əlverişli mövqedə düzgün hərəkət etmək, keyfiyyət dəyişikliyinə səbəb olur. Misalımızda da ağların şahı cəmi bir gedişlə qaraların məğlubiyyətinin əsasını qoyur. Məntiq budur ki, real həyatda da dinamika və seçim (zaman və mövqe cəhətindən) siyasi proseslərə olduqca ciddi təsir göstərməkdədir.
Bu mənada strateji düşünmək, reallığı adekvat qiymətləndirmək, qərar vermə, bacardığı qədər hadisələri proqnozlaşdırmaq kimi vərdişlərin uşaqlarda aşılanması üçün şahmat olduqca faydalı oyundur. Naxçıvanın bütün məktəblərində şahmatın tədris proqramına salınması isə son dərəcə əhəmiyyətli və düşünürəm ki, gələcəyə yönələn siyasətin tərkib hissəsidir.

Mənbə:
https://anar-ibrahimov.livejournal.com/1865.html?utm_source=fbsharing&utm_medium=social&fbclid=IwAR1h9vcTHhx7mmzYeT2_5KaV6wMGXl6YWCmyKBDjcdGgZKqlSESeo4gnuu4

Anar İBRAHİMOV
Politoloq

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728