SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna onlayn ödəniş etmək imkanı yaradılıb

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna onlayn ödəniş etmək imkanı yaradılıb
10-04-2020, 18:57

Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytından istifadə etməklə vətəndaşlar ödəniş kartları vasitəsi ilə asan yolla vəsaitlərin ödənilməsini həyata keçirə bilərlər.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Əvvəlcədən nəzərdə tutulduğu kimi, artıq Fondun saytında “İanə et” bölməsi aktivləşdirilmiş və onlayn ödənişlərin qəbul edilməsi təmin edilmişdir. Beləliklə istənilən ünvandan könüllülərin ödəniş aksiyasına rahat qoşulmasına şərait yaradılmışdır.

Onlayn ödənişi həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytına http://covid19fundnmr.az daxil olduqdan sonra əsas səhifədən “İanə et” bölməsi seçilir, sonra açılan səhifədə müvafiq xanalara vətəndaşın soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin fin kodu, seriyası, nömrəsi və ödənilməsi nəzərdə tutulan pul vəsaitinin məbləği daxil edilərək “davam et” xanası seçilir, açılan növbəti səhifədə ödəniş kartının 16 rəqəmli kodu, kartın üzərindəki istifadə müddətini bildirən tarix (ay,il) və kartın arxa tərəfindəki 3 rəqəmli kod daxil edilir, əməliyyatın düzgünlüyünə tam əmin olduqdan sonra ekrandakı “təsdiq edin” xanası seçilir. Beləliklə ödəniş həyata keçirilmiş olur. Uğurlu əməliyyatdan sonra ekranda ödəniş məlumatları ilə bağlı qəbz əks olunur.

Xatırladaq ki, martın 26-da Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı http://covid19fundnmr.az  fəaliyyətə başlayıb. Sayt Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930