SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəblilərin Babək rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunub

Məktəblilərin  Babək rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunub
12-02-2019, 09:31 141 dəfə baxılıb

Tarixi abidələrlə yaxından tanış olunması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması, məktəblilərin asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə 11 fevral 2019-cu il tarixdə Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və YAP Babək Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə bir qrup məktəblinin Babək rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, muzeyin direktor əvəzi Nərmin Məmmədzadə şagirdləri muzeydə olan eksponatlar ilə tanış edərək diqqətə çatdırıb ki, rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri muzeyin fondunda saxlanılır. Bundan başqa müəyyən dövrlərdə hazırlanmış zərgərlik, dulusçuluq, xalçaçılıq və s. əşyalar muzeydə nümayiş olunur. Muzeyin ekspozisiya zalında nümayiş olunan müxtəlif stendlər vasitəsilə rayonun sosial-iqtisadi inkişaf göstəriciləri, tarixi abidələri, görkəmli şəxsiyyətləri, qəhrəmanlıq göstərən şəhidləri barədə geniş informasiya əldə etmək mümkündür. Həmçinin diqqətə çatdırılıb ki, ötən il ərzində rayon sakinləri tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən məişət və təsərrüfat əşyaları, toxuculuq nümunələrindən ibarət 140 eksponat muzeyə təqdim edilib.
Məktəblilərin  Babək rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunubMəktəblilərin  Babək rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunub

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728