SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ağbulaq” İstirahət Mərkəzində fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib-FOTO

“Ağbulaq” İstirahət Mərkəzində fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib-FOTO
12-02-2019, 09:00 189 dəfə baxılıb

“Ağbulaq” İstirahət Mərkəzində muxtar republikamızın fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,"Qış məktəbi"nin ilk günündə gənclər “Ağbulaq” İstirahət Mərkəzi ilə yaxından tanış olmuş, stolüstü idman oyunlarında iştirak etmiş, süni örtüklü mini futbol meydançasında futbol oynayıblar.
Günün ikinci yarısında Məktəb iştirakçıları arasında “Vətəni tanı” İntellektual Oyunu keçirilib.
Şam yeməyindən sonra gənclər tərəfindən hazırlanmış əyləncəli səhnəciklər nümayiş olunub.
Günün sonunda gənclər vətənpərvərlik mövzusunda “Aprel döyüşləri” sənədli filminə tamaşa ediblər
Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Heydər Əliyev adına Gənclər birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qış məktəbi”nin iştirakçıları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələridir.
“Ağbulaq” İstirahət Mərkəzində fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib-FOTO“Ağbulaq” İstirahət Mərkəzində fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib-FOTO
“Ağbulaq” İstirahət Mərkəzində fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib-FOTO
“Ağbulaq” İstirahət Mərkəzində fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728