SON DƏQİQƏ

naxcivanxeberleri.com

Uşaq oyun dünyasının lideridir-Psixoloq Güllü İmanova yazır....

Uşaq oyun dünyasının lideridir-Psixoloq Güllü İmanova yazır....
11-02-2019, 12:07 267 dəfə baxılıb

Oyun uşağın mənəvi və fiziki inkişafında böyük rolu vardır. Ümumiyyətlə, bu uşaqlar üçün daha təsirli bir təlim vasitəsidir. Oyunla təlim daha xoşdur. Oyun oynamaq uşağın əzələ və sinir sisteminin inkişafına köməkçi olarkən eyni zamanda uşaqda yığılmış olan enerjinin sərf olunmasınada yardımçı olur. Bundan başqa dörd divar arasında böyüyən, istədiyi kimi qaçmağına, tullanmağına, hoppanmağına icazə verilməyən uşaqlarda sinirli, təcəvüzkar olduğu üçün valideyn idarə etməkdə də çətinlik çəkir.
Oyun uşağın ən ciddi işidir. Ümumiyyətlə, uşaq oyunları yalnız əyləncə məqsədi ilə oynamaz, nə qədər güclü və qabiliyyətli olduğunu sınayar, necə bir ətrafda yaşadığını və ətrafında olan əşyaları kəşf edər. Əksəriyyət oyunlarda uşaq özünü digərlərindən ayıran özəlliklərin fərqinə varar və özünü tanımağı öyrənər.Oyun məqsədi ilə istifadə etdiyi əşyaların rəngləri, ölçüləri, formaları və hansı maddədən hazırlandığını yəni, bir əşyanın digərindən fərqli olduğunu görərək anlayar.
Uşaqlar oyun yolu ilə yaşadığı cəmiyyətin əxlaq qaydalarını və adət-ənənələrini asanlıqla öyrənir. Xüsusilə ailə ya da məktəbdə səhv olduğunu izah edən qaydaları uşaq yoldaşları ilə birlikdə evcik-evcik yaxud müəllimlik oynayarkən qavraya bilər. Uşaq oyun dünyasının lideridir. Xüsusilə böyüklərdən əmr almağı sevməz və oyun dünyalarına yalnızca yaşıdlarının daxil olmasına icazə verərlər. Qrup oyunlarında uşaqları kənardan izlədiyimiz zaman ailə haqqında məlumat almış olarıq. Çünki uşağın davranışlarında ailəsinin verdiyi təlim çox önəmli şəkildə özünü göstərir.
Ailəsi tərəfindən ərköyünlüklə böyüdülən və sərbəst böyüdülən eyni zamanda uşağın hər istədiyi edilən bir uşaq oyunun qaydalarına da riayət etmək də çətinlik çəkir. Əgər uşaq ailə içində avtoritar tərbiyə üsulu ilə böyüyürsə, oyun zamanı ya çox təcavüzkar ola bilir ya da çox passiv olur. Oyunları nəsildən nəsilə keçən daha əvvəllər qaydaları qoyulan sosial fəaliyyətlər kimi də adlandırmaq olar. Keçmişdən bugünümüzə qədər gələn, heç dəyişməyən oyunları gizlənqaç, ip atlamaq, ortada qaldı, 7daş və s. mədəni irsimiz kimi də dəyərləndirmək olar.
Oyunlar uşaqlar üçün xəyal dünyası ilə real dünya arasında bir körpüdür. Oyunların qaydaları, növü, oynama forması uşaqların yaş qrupuna uyğun dəyişir. Xüsusilə, ana və ata uşağın oyun oynarkən məqsədin mütləq qazanmaq deyil, sadəcə qaydalarına uyğun oynamaq lazım olduğunu öyrətməlidir.

Güllü İMANOVA
Psixoloq

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728