SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Biz birlikdə güclüyük” mövzusunda onlayn respublika rəsm müsabiqəsinə start veriləcək

“Biz birlikdə güclüyük” mövzusunda onlayn respublika rəsm müsabiqəsinə start veriləcək
4-04-2020, 16:19

Aprelin 5-də Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Biz birlikdə güclüyük” mövzusunda onlayn respublika rəsm müsabiqəsinə start veriləcək.

Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 5-30 aprel tarixlərini əhatə edən müsabiqənin Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçirilməsi nəzərdə tutulur.

Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd məktəblilərin ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək və istedadlı uşaqları üzə çıxarmaqdan ibarətdir.

3 mərhələdən ibarət müsabiqə üç yaş qrupu üzrə (5-7, 8-10 və 11-14 yaş kateqoriyası) təşkil olunur. Hər iştirakçı müsabiqəyə yalnız bir rəsm işi ilə qatıla bilər. Müsabiqəyə təqdim edilən iş A-4 formatında müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənə bilər. Rəsmin aşağı sağ küncündə müəllifin adı və soyadı, yaşı, əsərin adı, eyni zamanda təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı yazılmalıdır.
Rəsm işləri müsabiqə iştirakçıları (valideyn və ya qanuni nümayəndə) tərəfindən +994 50 277 35 55 mobil nömrəsində qeydə alınmış "Whatsapp" sosial şəbəkəsi vasitəsilə (şəkil formatında) və [email protected] elektron ünvana aprelin 26-dək göndərilə bilər. Rəsm işlərinin aydın görünüşdə olması nəzərə alınmalıdır.

Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən əsərlərə üstünlük veriləcək. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmaması və yeni çəkilmiş rəsmlərin təqdim olunması vacib amillərdəndir.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatladırılacaqlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930