SON DƏQİQƏ

naxcivanxeberleri.com

Seysmoloji Xidmət Mərkəzi: Güclü yeraltı təkanlar gözlənilmir

Seysmoloji Xidmət Mərkəzi: Güclü yeraltı təkanlar gözlənilmir
11-02-2019, 10:21 186 dəfə baxılıb

“Hazırda ölkə ərazisində zəlzələnin afterşokları davam edir. Bundan sonra da afterşokların davam edəcəyi gözlənilir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu “Report”a açıqlmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat katibi Vüsalə Rafiqqız deyib. O bildirib ki, zəlzələ ocağı sönənə qədər aftrşoklar davam edəcək: “Fevralın 9-da axşam saatlarında Ağsu rayonu ərazisində növbəti yeraltı təkan qeydə alındı. Bu, afterşok idi. Həmin zəlzələ 3 bala qədər hiss olundu. Biz əvvəllər də dediyimiz kimi, episentrdə zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək. Mümkündür ki, bu afterşokların içərisində hiss olunanları da olsun. Məsələn, fevralın 5-də baş verən yeraltı təkanın afterşokları fevralın 9-da axşam saatlarında yenidən hiss olundu. Sadəcə olaraq, afterşoklar zəlzələnin baş verdiyi ərazilərdə hiss edilir”.

V.Rafiqqızı qeyd edib ki, güclü yeraltı təkanların baş verəcəyi gözlənilmir: “Dediyim kimi, bundan sonra da afterşokların davam edəcəyi gözlənilir. Təbii ki, hansı maqnituda ilə baş verəcəyini demək çətindir. Hər halda fevralın 5-də baş verən titrəyişlərin təkrar olunması gözlənilmir. Yenə deyirəm ki, aşağı maqnituda ilə yeraltı təkanların hiss olunması gözlənilir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728