SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada dezinfeksiya tədbirləri davam etdirlir-FOTO

Muxtar respublikada dezinfeksiya tədbirləri davam etdirlir-FOTO
4-04-2020, 00:12

Muxtar respublikanın digər şəhər və rayonlarında olduğu kimi Kəngərli rayonunda da yoluxucu xəstəliklərə və virus yoluxmalarına qarşı tibbi profilaktik tədbirlər həyata keçirilir. Qeyd edək ki, bu günlərdə Naxçıvan Muxtar Republikası Fövqəladə Hallar Nazirliyinin Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 1 ədəd Man markalı yanğınsöndürmə avtomobili, əməkdaşlardan təyin olunmuş dezinfeksiya qrupları rayon ərazisində keçirilən bu kimi tədbirlərin yerinə yetirilməsinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, binaların ətrafı və zirzəmilər, ticarət obyektləri, yollar 1 %-li formalin məhlulu ilə, binaların girişləri və otaqlar isə 2 %-li xlor məhlulu ilə dezinfeksiya edilir.

Əsas məqsəd əhalinin sıx cəmləşdiyi yerlərdə, ticarət mərkəzlərində, ictimai yaşayış evlərində, həyat təminatlı obyektlərdə, içməli su mənbəlrində, avtomobil yollarında və səkilərdə ehtimal olunan viruslara qarşı profilaktik tədbirlər həyata keçirməkdir.

Qeyd edək ki, Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin şəxsi heyəti rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq İdarəsinin dezinfeksiya qrupları ilə birlikdə bu işləri layiqincə yerinə yetirməyə çalışır. Bunun üçün şəxsi heyət fərdi qoruyucu geyimlər, əlcəklər, eynəklər və tibbi maskalarla, həmçinin zəruri dezinfeksiyaedici maddələrlə təchiz olunub.

 




Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930