SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sözün sehrinə düşmüş mavi gözlü şair-Ordubadlı şairin yaradıcılığı

Sözün sehrinə düşmüş mavi gözlü şair-Ordubadlı  şairin yaradıcılığı
10-02-2019, 18:46 265 dəfə baxılıb

Ruslan Ələkbərli haqqında bu yazımı yazmağa başlarkən, yazının adı ilə bağlı heç cürə qərar verə bilmirdim. Və şairin kitabını oxuyub sona çatdığımda, folklorşünas, gözəl müəllim, məhrum Rafiq Babayevin Ruslan haqqında fikirlərinin verildiyi “son söz”də bir cümlə diqqətimi çəkdi: ”Sənə dərs dediyim bu illər ərzində sözün sehrinə düşmüş mavi gözlərindən sözə bəndəlik etməyin kövrək bir and-amanını hiss etmişdim...”. Artıq yazının adı mənim üçün müəyyən olmuşdu. Mənə bir daha sübut oldu ki, bəzin insanlar ölümlərindən də sonra öyrətməyə davam edirlər.
Ruslan Ələkbərli, Ordubad rayonunun Aza kəndində anadan olub. Şairin yaradıcılığı ilə tanış olanlar bu əzəmətli torpağın nəfəsini şeirlərdə hiss etmişdir. Yaradıcılığa orta məktəb illərindən başlamışdır. Elə ilk kitabı “Ana laylası” da bu illərdə, 2002-ci ildə nəşr olunmuşdur. Ona yol gösdərmiş, şeirin əlifbasın öyrənərkən əlindən tutmuş, dəyərli müəllimi Rafiq Babayevin əziz xatirəsinə ithaf etdiyi “İçimdəki sərsəri” adlı ikinci kitabı isə 2018-ci ildə işıq üzü görmüşdür.
Ruslan, ədəbiyyatda öz yolunu, özü üslubunu müəyyən etmiş bir şairdir. Gözlərinin mavi olmasının təsiri varmı, yoxmu deyə bilmərəm, lakin dövrünün çox şairlərindən fərqli gördüyü, fərqli yanaşdığı yaradıcılığının hər sətrində, hər misrasında duyulur.
Nə bu dünya, nə o dünya,
Dərd aparan dərdə gedər.
Yaxşı olsa tabut nədi?
Adam elə yerdə gedər.
Deyən şairin bu misralarında ölümə tamamilə başqa pirizmadan yanaşıldığını görürük. Artıq yanımda kimsə “ölsəydim canım qurtarardı” dedikdə, isdər-isdəməz xəyalımdan bu sətirlər keçir: “adam elə yerdə gedər”.
Adəm oğlu valideyinin xəyal qurduğu gündən yollardadı. İlk öncə valideyinlərinin xəyalında, sonra ana bətnində, sonra isə bu dünyada. Ömrümüz karvandı, durduğumuz yerlər isə karvansara. Şair çatdığı mənzilə bu səmimi ifadələrlə səslənir şeirinin birində:
Ömrün son baharın sənlə
Yola salmağa gəldim.
Bəlkə sabaha qalmadım,
Səndə qalmağa gəldim...
Ruslan Ələkbərli yaradıcılığı, dövrümüzün çox az şairlərində tapılan yeni ifadələrlə, yeni fikirlərlə zəngindir. Ənənəvi üsuldan, gülə, bülbülə şeir yazmaqdan uzaqlaşan şairin yaradıcılığında ən əsası, təkrarçılığa, təqlidçiliyə rastlamaq mümkün deyil. Hər şeirdə yeni nəfəs, yeni ideya duyulur.
Kaş sönmüş, soyuq bir ocaq olaydım,
Tüstün gözlərimə yaş gətirəydi.
Öləydim, gözündən axan o sellər,
Üstümə qoymağa daş gətirəydi...
Yorulmadan, hər bir şeiri oxuyarkən başqa ləzzət alacağınız şeirlər toplusudur “İçimdəki sərsəri” kitabı. Təbiidir ki bir bu yazıya şairin bütün şeirlərini sığdırmağım mümkün deyil. Lakin hər bir şeir sevərin kitab rəfidə yer alacaq dəyərdədir bu kitab. Ruslan yaradıcılığı ilə tanış olan hər kəs, ədəbiyyata öz ağırlığını qoymağa gələn yeni bir “mavi gözlü divin” ayaq səslərini duyduğuna əminəm. Mən öz adımdan, bəlkə də bütün oxucuları adından Ruslana bu yeni kitabının xeyirli-uğurlu olmasını arzulayıram. Yaradıcılığında müvəfəqiqiyətlər və bol kəşiflər diləyirəm.

Rəhim VAHİD

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728