SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkmənçay müqaviləsinin imzalanmasından 191 il ötür

Türkmənçay müqaviləsinin imzalanmasından 191 il ötür
10-02-2019, 15:05 185 dəfə baxılıb

Bu gün Azərbaycanın taleyində həlledici təsirləri olan Türkmənçay sülh müqaviləsinin imzalanmasından 191 il ötür.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu müqavilə ilə iki il davam edən II Rusiya-İran müharibəsi başa çatıb.

Müqaviləni Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Fətəli şahın oğlu Şahzadə Abbas Mirzə imzalayıblar. Müqaviləyə əsasən, Araz çayından şimaldakı Azərbaycan torpaqları Rusiyanın tərkibinə qatılır, İrəvan və Naxçıvan da Rusiyaya verilirdi. Xəzər dənizində yalnız rus hərbi gəmiləri saxlanıla bilərdi. İran Rusiyaya 20 milyon manat təzminat verməli idi. İrandan Qafqaza və Qafqazdan İrana əhalinin sərbəst keçməsinə icazə verilirdi.
1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinin davamı olan Türkmənçay müqaviləsi ilə Araz çayından şimaldakı və cənubdakı Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsi prosesi rəsmən başa çatıb. Məhz bu müqavilədən sonra ermənilərin kütləvi surətdə Şimali Azərbaycan ərazilərinə köçürülməsinə başlanıb. 1828-1829-cu illərdə İrandan 40-50 min erməni Azərbaycana köçürülüb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728