SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müəllim-tərbiyəçi tərbiyə və təlim işində başlıca simadır

Müəllim-tərbiyəçi tərbiyə və təlim işində başlıca simadır
1-04-2020, 05:57

Müəllim və tərbiyəçi xalqımızın müstəqil dövlət quruculuğunda sədaqətlə çalışan ziyalılarımızın ən böyük və ən qabaqcıl dəstəsini təşkil edir. Azərbaycan müəlliminə və tərbiyəçisinə Vətənimizin gələcəyi olan gənc nəslə tərbiyə vermək kimi şərəfli və strateji əhəmiyyətə malik bir iş tapşırılmışdır. Müəllim və tərbiyəçinin vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətandaşlar hazırlayır. Öz üzərində işləyən müəllim və tərbiyəçi pedaqoji işdə, eləcə də ictimai həyatda çox fəal rol oynayır. Böyük çex pedaqoqu Y.A.Komenski sinifdə dərs deyən müəllimi şüa saçan günəşə bənzətmişdir. Günəş öz şüası ilə çanlı aləmə həyat verdiyi kimi, müəllim də öz saçdığı bilik şüası ilə gənc nəsli həyata hazırlayır.

Məktəbdə, eləcə də uşaq bağçasında tərbiyə və təlim işinin bütün müvəffəqiyyət və nöqsanları müəllim-tərbiyəçi işinin nəticəsi kimi qiymətləndirilir. Buna görə də müəllim-tərbiyəçi tərbiyə və təlim işində başlıca simadır.

Bəs əsl müəllim və tərbiyəçi necə olmalıdır? Bu suala cavab vermək üçün müəllimlik və tərbiyəçilik işinin professioqramını nəzərdən keçirək.

Professioqram- mütəxəssisin bütövlükdə keyfiyyətlərini təsvir edən modeldir.

  1. Müəllimlik və uşaq bağçası tərbiyəçilik peşəsi məzmununa görə aşağıdakıları əhatə edir.
  • Müəllim və uşaq bağçası tərbiyəçisinə verilən ictimai- siyasi tələblər;
  • Sosial-psixoloji, şəxsi və etik-pedaqoji tələblər;
  • Müəllim və uşaq bağçası tərbiyəçilərinin pedaqoji-psixoloji, ixtisas və metodiki hazırlığı.

İctimai- siyasi tələblərə aşağıdakılar daxildir.

  • İdeyalılıq, müstəqil Azərbaycan dövlətinin gələcəyinə inam, əqidəsindən dönməzlik, dövlətin qərar və göstərişlərini rəhbər tutmaq;
  • Xalq qarşısında ictimai borcu başa düşmək, hadisələrə ümumxalq mövqeyindən yanaşa bilmək;
  • Düşmən ideologiyasına barışmaz münasibət bəsləmək;
  • Tapşırılan iş üçün məsuliyyət hiss etmək;
  • Həyatda fəal mövqe tutmaq və s.Sosial- psixoloji, şəxsi və etik- pedaqoji işə maraq göstərmək, tərbiyənin cəmiyyətdəki rolunu düzgün dərk etmək və qiymətləndirmək;
  • Böyüməkdə olan nəslə qayğı ilə yanaşmaq;
  • Özünə və başqasına qarşı tələbkar, prinsipial və ədalətli, mədəni olmaq, etik normaları gözləmək və s. cəmiyyətimizdə tərbiyə ümumi iş olduğundan bu tələblər müəllimlər və uşaq bağçası tərbiyəçiləri ilə yanaşı, hamıya şamil olunur.

Müəllim və uşaq bağçası tərbiyəçilərinə bəzən elə tələblər tətbiq edilir ki, bunlar aparıcı tələblərdir. Bu tələblərə konstruktiv, kommunikativ. Qnostik və təşkilatçılıq bacarığı daxildir.

        Konstruktiv tələb aşağıdakıları əhatə edir:

  • Təlim – tərbiyə materialını qarşıya qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilmək, sistemləşdirmək, məktəbdə şagirdlərin, uşaq bağçasında uşaqların imkanlarına uyğunlaşdırmaq, şagird və ya uşaq tərəfindən yol verilə biləcək səhvləri, uşağın müəyyən situasiyada özünü necə aparacağını əvvəlcədən görə bilmək bacarığı;
  • Maddi bazanı möhkəmləndirmək bacarığı və s.

Kommunikativ bacarığa aşağıdakılar daxildir:

  • Şagirdlərin (uşaqların) qəlbinə yol tapa bilmək;
  • Özünü onlara sevdirmək;
  • Şagirdlər (uşaqlar) arasında düzgün münasibətləri tənzim edə bilmək;
  • Valideyn və ictimaiyyətlə ümumi dil tapa bilmək;
  • Pedaqoji mərifətə malik olmaq, yeri gələndə gülməyi, hirslənməyi bacarmaq, ağır vəziyyətə düşdükdə ani müddətdə düşünüb düzgün tərbiyə yolu seçmək və s.

Qnostik bacarığa aşağıdakılar daxildir. (Qnostik yunanca qnozis sözündən götürülüb, mənası idrak deməkdir. )

  • Özünün və yoldaşlarının təcrübəsini ümumiləşdirə bilmək;
  • Elmi- tədqiqat işlərində iştirak edə bilmək;
  • Psixologiyanı bilmək və ondan istifadə etməyi bacarmaq.

Təşkilatçılıq bacarıqlarına aşağıdakılar daxildir:

  • Uşaqları ictimai işlərə cəlb edə bilmək;
  • Bağçada uşaqları yaşlarına uyğun ictimai- faydalı işlərə cəlb etmək;
  • Uşaqlar arasında düzgün vəzifə bölgüsü aparmaq, onların boş vaxtını günün tələbləri səviyyəsində düzgün təşkil etmək və s.

             Beləliklə, uşaq bağçası tərbiyəçisi uşağın fiziki və psixi sağlamlığını, hər bir uşağın yaşını və fərdi xüsusiyyətlərini nəzərə alaraq emosional və hərtərəfli inkişafı, təlim və tərbiyəsinin səmərəliliyini optimal şəkildə həyata keçirmək üçün məsuliyyət daşıyır.

 

 

 Gülmira Hacıyeva

Naxçıvan  Müəllimlər  İnstitutunun Baş müəllimi

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031