SON DƏQİQƏ

naxcivanxeberleri.com

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hansı məsuliyyətə səbəb olur?

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hansı məsuliyyətə səbəb olur?
31-03-2020, 14:04

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən,  epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd olunan hallar cinayət məsuliyyəti yaratdıqda isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejmin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real  təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cazalandırılır.

Eyni əməllər insan ölümünə  və ya digər ağır nəticələrə səbəb olduqda-

Üç ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

 Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031