SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azərişıq” vətəndaşlara onlayn xidmətləri davam etdirir

“Azərişıq” vətəndaşlara onlayn xidmətləri davam etdirir
31-03-2020, 11:08

“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. Belə ki, sosial şəbəkələrdə “Feysbuk” və “İnstaqram” vasitəsilə canlı bağlantı, eləcə də Votsap üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, eyni zamanda bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini “199” Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər.

Xüsusi olaraq bildirilib ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır.

ASC bütün istehlakçılarının onlayn xidmətlərdən yararlandığını, eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrdən istifadə etməklə ödədiklərini qeyd edib və istehlakçılara öz təşəkkürünü bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930