SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir

Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir
30-03-2020, 04:42

Ermənilər tarixin heç bir dövründə öz qərarları ilə yaşamayıblar. Türk-müsəlman düşmənçiliyinin əsasını da bizim dövlətlərimizə qarşı olan qüvvələrin təhriki ilə həyata keçiriblər. İndi də həmin qüvvələr ermənilərə imkan vermirlər ki, ortada sülh, dostluq, mehriban qonşuluq bərqərar olsun. Əgər bu toplumda sağlam düşüncə və təmiz niyyət olsaydı bu təhriklərə uymaya da bilərdilər.

NAXCİVANXEBERLERİ.COM  xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib. Ötən əsrin ilk illərindən başlayaraq xalqımıza qarşı genişləndirdikləri düşmənçiliyi 1918-ci ilin mart ayında son həddə gətirən ermənilərin törətdikləri soyqırımı aktlarını insanlıq əleyhinə cinayət kimi dəyərləndirən Sərdar Ünsal deyib: “Əslində 1918-ci ilin mart soyqırımı 1905-1907-ci il qanlı hadisələrinin davamı idi. Yəni ermənilərin Türkiyəyə qarşı iddia etdikləri saxta “erməni soyqırımı” məsələsindən də illər öncə silahsız Azərbaycan xalqına qarşı cinayətlər törədiblər. Lakin tarixdə baş verənlər heç vaxt unudula bilməz. Baxmayaraq ki, 1918-ci il hadisələrini uzun illər Azərbaycan xalqının hafizəsindən silməyə çalışdılar. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə tarixi ədalət öz yerini tapdı. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında" Fərman erməni millətçilərinin törətdikləri cinayətlərin və iftiralarının ifşası baxımından real fəaliyyət konsepsiyasıdır. Bu tarixi sənədin bəndbəbənd icrası təxirəsalınmaz vəzifə olmalıdır”.

1918-ci il 31 Mart soyqırımını erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayət kimi dəyərləndirən dərnək sədri vurğulayıb ki, bu mövzuda həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılması Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin geniş mənada izahıdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031