SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bəhruz Quliyev: Öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərən həkimlərimiz ən yüksək qiymətə layiqdirlər

Bəhruz Quliyev: Öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərən həkimlərimiz ən yüksək qiymətə layiqdirlər
29-03-2020, 05:30

Öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərən həkimlərimiz ən yüksək qiymətə layiqdirlər.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, son 16 ildə 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, həmçinin ən müasir avadanlıqlarla təchizatı və s. tədbirlər ölkə səhiyyəsinin rentabelli, yüksək fəaliyyətini təmin edib.

"Əbəs deyil ki, Prezident İlham Əliyev bütövlükdə tibb müəssisələrinin açılışlarında xüsusilə vurğulayıb ki, Azərbaycanın bütün şəhər və bölgələrində müasir tibb mərkəzləri, xəstəxanalar əhalinin xidmətində dayanıb", -deyən ekspert əlavə edib ki, burada da əsas məqsəd vətəndaşların sağlamlığının qorunması və mühafizə edilməsidir.

B.Quliyev onu da bildirib ki, əgər zamanında belə müəssisələr istifadəyə verilməsəydi, bu gün Azərbaycan dünyanı cənginə alan koronavirusla mübarizədə ciddi çətinliklərlə üzləşə bilərdi: "Məhz müasir səhiyyə infrastrukturunun yaradılması, formalaşdırılması koronavirus xəstəliyinə qarşı mübarizəyə güclü təkan verir. Bu baxımdan digər aparıcı dövlətlərdən fərqli olaraq, Azərbaycan bu qlobal pandemiyadan ən az zərərlə çıxmaq imkanına malikdir. Ona görə də, növbəti tibb ocağının - "Yeni klinika”nın aparıcı xəstəxana olaraq istifadəyə verilməsi COVID-19-a qarşı mübarizədə əlavə imkanlar yaradacaq".

Ekspertin sözlərinə görə, peşəkar həkimlərimiz, tibb personalı bu problemin öhdəsindən layiqincə gəlirlər, bundan sonra da gələcəklər:

"Bu gün həkimlər xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərirlər. Bu baxımdan həkimlərimiz ən yüksək qiymətə layiqdirlər. Azərbaycan dövləti həkimlərin əməyini yüksək qiymətləndirir, onların məhsuldar və səmərəli fəaliyyətini təmin etmək üçün bütün mümkün işləri görür, bu gün koronavirus xəstələrini müalicə edən, onlara qulluq edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görür. Vətəndaşlarımız da həkimlərə güvənir, onların yorulmaz fəaliyyətinin, misilsiz töhfələrinin nəticəsiz qalmayacağına inanırlar".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031