SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vətən deyə biliriksə, o zaman vətənpərvərik

Vətən deyə biliriksə, o zaman vətənpərvərik
9-02-2019, 10:00

Bizim tükənməz sevgiylə, sədaqətlə bağlı olduğumuz əzizdən əziz doğma bir ünvan var. Bu ünvan tarixin keçməkeşli dolaylarında dəfələrlə dönən dəhşətli basqınlara məruz qalan, fəqət Domrul, Qaraxan, Cavanşir, Babək, Koroğlu kimi yurdcanlı igidlərinə güvənərək öz azadlığıvarlığı, bağımsızlı uğrunda ölum-dirim savaşına girən mənliyini, şərəfini namusunu canı-qanı bahasına qoruyan Azərbaycan.
Dünyanın ilk insan düşərgələrindən olan bu diyardan təbiət heç nəyi əsirgəməyib. Yeraltı, yerüstü sərvətləri ilə zəngin olan bu torpaq böyük şəxsiyyətlər, müdrik insanlar, yenilməz sərkərdələr, qəhrəmanlar beşiyidir.
El-obanın başbiləni Dədə Qorqud, Azərbaycan torpağını 27 il işğalçılardan qorumuş Cavanşir, 21, Vətənin keşiyində azadlıq aşiqi Babək, 38 illik qısa ömür yolunda pərən-pərən düşmüş Azərbaycan torpaqlarının birliyinə, bütövlüyünə can atan Şah ismayıl Xətai, sonrakı dövürlərdə Səməd bəy Mehmandarov, Cəmşid Naxçvanski, iki dəfə Sovet ittifaqı Qəhrəmanı adı almış Həzi Aslanov, yaxın Keçmişdən Yusif Mirzəyev, Çingiz Mustafayev, Rasim İbrahimov, İdris Məmmədovlar, qəhrəmanlığı dillərəd dastan olan Mübariz İbrahimovlar kimi Azərbaycan oğulları qəhrəmanlıq salnaməsinə ölkəmizin adını qanlarıyla yazlblar. Onlar Vətəni, torpağı, ata-ananı, dövləti və milləti mənalı yaşamağı seviblər. Milli mənəvi dəyərlərimizi, tariximizi, adət -ənənələrimizi qiymətləndirməyi, ulu sərkərdələrdən örnək almağı bacarıblarş adi insan kimi doğulan Mübarizlər, Salatınlar, Gültəkinlər, Ramizlər şəhid kimi ölməyə seçildilər.
Tarix boyu hər zaman xalqımıza qarşı düşmənçılık hissi bəsləyən, 90 –cı ilin əvvəllərindən erməni kimi mənfur düşmənin işğalına məruz qalan, taptağına çevrilən Azərbaycan torpağının harayına, Vətənin müdafiə çağrışına, ana-bacıların, qocaların, körpələrin ah-naləsinə hay verən oğullar, qızlar tarix olan insan ömrünü əbədiliyə, şəhidlik zirvəsinə qaldırıblar.
Şəhidlik Allah dərgahında, peyğəmbər hadislərində də ən uca məqamlardan hesab olunur. Müqəddəs “Quran” ayələrində bu ali hissin mahiyyətini açan ülvi bir kəlam var: “Vətən sevgisi imandır” O kəsin qəlbində Vətənə insanlara sevgi varsa, elə bu imandır, qəhrəmanlıqdır. Bu amallar şəhid olmuş insanın da yeri axirət dünyasında cənnətdir.
Vətən naminə qəhrəmanlığa səfərbər olmuş, ömrünü Vətənə həsr etmiş, əbədi ömür sahibi olmuş Azərbaycan oğulları yalnız ölüm haqqında fikirləşmirdilər. Onlar hər şey haqqında fikirləşirdilər: “Vətən torpağı düşmən taptağından azad olunmalıdır. Nəyin bahasına olursa -olsun”. Onlar üçün Vətən sevgisi bütün ali hislərdən üstün idi. Şəhidlər torpaq borcu,Vətən sevgisi naminə canlarından keçdilər. Çoxunun heç məzarı da yoxdur.
Ancaq unutmamalıyıq ki, belə igid oğul və qızlarımızın qanı axıdılan torpaqlarımız hələ də düşmən işğalındadir. Ustündə addım atıb gəzdiyimiz, havasını udub, suyunu içdiyimiz Vətən topağında türk qanına susayan ermənilər nahaq qan tökdülər. Qız-gəlinlər əsir alındılar, körpələr süngüyə keçirildi, qocalar minbir əzabla öldürüldülər. Bax, bunu yaddaşımızdan silməməliyik. Xocalı soyqırımını, Şuşa faciəsini, Laçın harayını unutmamalıyıq. Bunlar bizim qanla yazılan acı tarizimizdir. Biz isə bu tarixin canlı şahidləriyik. Unutmayaq ki, sabahda unudulmayaq.
Bu gün hər bir azərbaycan vətəndaşının ən ümdə, təxirəsalınmaz borcu torpağı canı, qanı bahasına da olsa düşmən işğalından azad etməkdir. –bunun üçünsə bizim bir yolumuz var. Bu yol qələbəyə gedən yoldur. Bu yol Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, qubadlıdan, Laçından, Kəlbəcərdən, Şuşadan keçib, Xankəndində qurtarmalıdır. Qələbəni mütləq qazanmalıyıq. Damarında azərbaycanlı qanı axan hər bir şəxs Vətəni, torpağı sevməyi,əsil vətənpərvər olmağı bacarsa qalib gələ bilərik. Şəhidlərin ruhu, el-obanın, ana-bacıların namusunu bizə tapşırıb. Əgər bunu qoruya bilməsək yaşamağa heç cür mənəvi haqqımız yoxdur. Vətəni sevməyi, “Vətən” deməyi hər bir azərbaycanlı bacarmalıdır. Hamımız həmrəy olub, birlikdə Vətən deyə biliriksə, o zaman vətənpərvərik.

Bəxtiyar ƏLİYEV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031