SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Mən Naxçıvan haqqında nə bilirəm?” mövzusunda bilik yarışması keçirilib

“Mən Naxçıvan haqqında nə bilirəm?” mövzusunda bilik yarışması keçirilib
9-02-2019, 09:00 200 dəfə baxılıb

Dünən Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənc - lər Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş xarici ölkələrdən muxtar respublikada təhsil alan gənclər arasında “Mən Naxçıvan haqqında nə bilirəm?” mövzusunda bilik yarışması keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yarışın keçirilməsində məqsəd xarici ölkələrdən olan gənclərin muxtar respublika haqqında bilik və bacarıqlarının artırılması, muxtar respublikanın tarix və mədəniyyətinin ölkədən kənarda təbliği və onların asudə vaxtının səmərəli təşkilidir. Bilik yarışması 50 sual olmaqla, 30 xarici tələbənin iştirakı ilə keçirilib. Suallar Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, tarixi- mədəniyyət abidələrinə həsr edilib. Oyunun yekununa əsasən I yerə “Naxçıvan” Universitetinin tələbəsi Khaıruzzaman MD, II və III yerlərə Naxçıvan Dövlət Universitetinin tələbələri Atanda İderaduva, Reza Chachanlau layiq görülüblər. Sonda qalib gənclər Gənclər Fondu tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Fərqlənən 3 gəncə isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728