SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb
27-03-2020, 15:00

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, martın 26-da Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı  https://covid19fundnmr.az  fəaliyyətə başlayıb.

 

Saytın yaradılmasında əsas məqsəd muxtar respublikada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərlə bağlı ictimaiyyətin operativ məlumatlandırmasıdır.

 

Saytda ianələr barədə məlumatlar mütəmadi olaraq yenilənir. Həmçinin ödəniş edən  hüquqi və fiziki şəxslərin adları, eyni zamanda vəsaitlərin ümumi həcmi ictimaiyyətə təqdim olunur.

Fondun saytında “İanə et” bölməsinin yaxın günlərdə aktivləşdirilməsi ilə onlayn ödənişlərin qəbul edilməsi də təmin ediləcəkdir. Bununla istənilən ünvandan könüllülərin ödəniş aksiyasına qoşulmasına şərait yaradılacaq.

 

Sayt Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031