SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində tələbələr üçün “Qış Məktəbi” təşkil olunub-FOTO

“Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində  tələbələr üçün “Qış Məktəbi” təşkil olunub-FOTO
8-02-2019, 18:19

“Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış Məktəbi” təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Qış Məktəbi”nin hazırlanmış Proqramına uyğun olaraq gənclər əvvəlcə Ağbulaq İstirahət Mərkəzi ilə tanış olmuş, stolüstü idman oyunları, futbol, voleybol oynamış, “Vətəni tanı”, “Axtar tap” “Fərdi Xəmsə” və “Xəzinə axtarışı” intellektual oyunlarında öz bilik və bacarıqlarını sınamış, günün sonunda isə gənclərə vətənpərvərlik mövzusunda film nümayiş olunub. Həmçinin, Şahbuz rayonunun “Batabat” instrumental ansamblının konsert proqramı təşkil olunmuş, Ağbulaq kəndi ərazisində çəkilmiş foto şəkillərin müsabiqəsi keçirilmiş və gənclər tətəfindən müxtəlif əyləncəli oyunlar təşkil olunmuşdur. “Qış Məktəbi” zamanı keçirilən intellektual oyunlarda, foto müsabiqədə qalib olmuş gənclər, həmçinin qış məktəbində fəal iştirak etmiş gənclər Gənclər və İdman Nazirliyinin diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar. Qeyd edək ki, gənclər gündə üç dəfə milli mətbəximizin nemətlərilə qidalanmış, onlara gündə iki dəfə şirniyyat və mürəbbə ilə çay süfrəsi təşkil edilmişdir. İştirakçılarının sağlamlığı da diqqət mərkəzində saxlanılmış, zərurət yaranan zaman ilkin tibbi yardım göstərmək üçün Qış məktəbində həkim də iştirak edib. Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Həmkarlar İttifaqları Şurasının, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin və Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən gənclərin “Qış Məktəbi”ndə 60 nəfər gənc iştirak eedib.
 “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində  tələbələr üçün “Qış Məktəbi” təşkil olunub-FOTO “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində  tələbələr üçün “Qış Məktəbi” təşkil olunub-FOTO
 “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində  tələbələr üçün “Qış Məktəbi” təşkil olunub-FOTO
 “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində  tələbələr üçün “Qış Məktəbi” təşkil olunub-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31