SON DƏQİQƏ

naxcivanxeberleri.com

Koronavirusa görə Azərbaycanda 21 xəstəxana ayrıldı

Koronavirusa görə Azərbaycanda 21 xəstəxana ayrıldı
26-03-2020, 22:42

"Azərbaycanda karantində olanların sayı 3 300-dən çoxdur. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

"Təəssüf hissi ilə demək istəyirəm ki, daxildən yoluxma halları daha çox aşkarlanmağa başlayıb. İstər xəstəxanalara müraciət edən pnevmaniya diaqnozu qoyulan şəxslər, istər 103 zəng xidmətinə zəng edənlərdən yaxma götürülərək müəyyənləşdirilib ki, daxildə də yoluxma var", - deyə Z.Əliyev bildirib.

İdarə Heyətinin sədri qeyd edib ki, koronavirusa yoluxma hallarının kütləviliyi nəzərə alınaraq, ölkə üzrə bu məqsədlə 21 xəstəxana ayrılıb:

"Xəstəxanaların çatışmayan (avadanlıq, tibbi personal) cəhətləri istiqamətində bir neçə qurumun dəstəyilə işlər görülür. Bakıda bu məqsədlə 6, regionlarda 15 xəstəxana ayrılıb".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930