SON DƏQİQƏ

naxcivanxeberleri.com

142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib, funksional imkanları artırılıb

142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib, funksional imkanları artırılıb
26-03-2020, 16:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Nazirlikdən verilən məlumata görə, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar. Bu da Çağrı mərkəzinə zənglərin sayında ciddi artıma səbəb olub. Yalnız son iki gündə Çağrı mərkəzinə ümumilikdə 3600-dək, o cümlədən sosial xidmətlərin göstərilməsi üzrə 700-ədək müraciət daxil olub.

Bu sahədə vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla, 264-ə çatdırılıb.
Eyni zamanda, vətəndaş müraciətlərini cavablandıran operatorların sayı artırılıb və hazırda 40 operator zəngləri cavablandırmaqla məşğuldur.

Nəticədə 142-yə zəng vuran vətəndaşların xəttə növbəliliyi və xətdə gözləmə vaxtının minimuma endirilməsi təmin olunub.

Qeyd edək ki, 142 - Çağrı Mərkəzi vasitəsilə nazirliyin fəaliyyət sahələri, o cümlədən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər də qəbul edilir. Sosial xidmətlərə yaşı 65-dən yuxarı tənha şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031