SON DƏQİQƏ

naxcivanxeberleri.com

Varşavadakı 19 azərbaycanlı Bakıya gətirildi

Varşavadakı 19 azərbaycanlı Bakıya gətirildi
26-03-2020, 14:30

Koronavirus pandemiyası (COVİD-19) ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində yaradılan operativ qərargah xaricdə yaşayan soydaşlarımıza mümkün dəstəyini, o cümlədən, zərurət yarandığı hallarda Azərbaycana təxliyyə olunması üzrə fəaliyyətini davam etdirir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəhbəri Fərid Cəfərlinin təşəbbüsü ilə martın 26-da 19 nəfər həmvətənimiz Varşavadan Azərbaycana qayıdıb.

Polşanın müxtəlif şəhərlərində yaşayan 19 həmvətənimiz ailə və şəxsi problemləri üzündən təcili şəkildə Azərbaycana qayıtmaq istəyi ilə Polşa Azərbaycanlıları Şurasına müraciət edib. Bir neçə gün Varşavadakı Azərbaycan Evində qonaq saxlanılan həmvətənlərimizin sərhədlərin bağlı olduğu şəraitdə Vətənə dönüşünün təmin olunması məqsədilə alternativ variant seçilib. Onların öncə Varşavadan Minskə avtobusla, oradan isə təyyarə ilə Azərbaycana yola salınması qərara alınıb.

Bunun üçün PAŞ rəhbəri Fərid Cəfərli Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Polşa və Belarusun sərhəd xidmətləri ilə danışıqlar aparıb. Səfirliyimizdən həmvətənlərimizin ölkə vətəndaşı olduqlarını təsdiqləyən sənədlər alınıb, avtobusun Polşa-Belarus sərhədindən buraxılmasına nail olunub, onların əksəriyyəti təyyarə biletləri ilə təmin edilib və Minsk hava limanından Azərbaycana yola salınıb.

Hazırda 19 nəfər həmvətənimiz Azərbaycandakı mövcud karantin qaydalarına uyğun olaraq Lerikdəki "Relaks" otelinə yerləşdirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31