SON DƏQİQƏ

naxcivanxeberleri.com

"İçərişəhər"in bütün küçələri xüsusi məhlulla yuyulur

26-03-2020, 09:52

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "İçərişəhər" DTMQ ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və qurumlarda, muzeylərdə, bütövlükdə açıq ərazidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, 25 mart tarixində Bakı Şəhər İcra hakimiyyətinin paytaxtımızda son günlər ərzində aparılan genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində və xüsusi dəstəyi ilə İdarənin müvafiq qurumları ilə birgə İçərişəhərdə anoloji tədbirlərə başlanılıb.

Qoruğun bütün küçə, məhəllə və daxili yolları dezinfeksiya maşınları, habelə kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur.

Mart və aprel aylarında bu kimi dezinfeksiya işləri daimi həyata keçiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031