SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb

Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb
25-03-2020, 22:20

Azərbaycan Diasporuna Dəstək Fondu Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə Koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna rəhbər heyəti 1 aylıq əmək haqqının 100%-ni, işçi heyəti isə 50%-ni köçürüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən fəaliyyətə dəstək göstərməkdir.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti də ölkəmizdə koronavirusla mübarizə ilə yanaşı, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsi, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılması, nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsi, tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, tibb sahəsində mütəxəssislərin hazırlanması, təbliğat və maarifləndirmə fəaliyyətinin və digər fəaliyyətlərə yönəldiləcək.

Xatırladaq ki, koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyada prioritetə çevrilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930