SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda bir gündə koronavirusla mübarizə üçün 1 milyon manata yaxın vəsait toplandı - SİYAHI

Naxçıvanda bir gündə koronavirusla mübarizə üçün 1 milyon manata yaxın vəsait toplandı - SİYAHI
25-03-2020, 19:20

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanına əsasən yaradılmış Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsinə başlanılmışdır. Ali Məclis Sədrinin 2020-ci il 24 mart tarixli Sərəncamı ilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat vəsait ayrılmışdır.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun 25 mart 2020-ci il tarixli Sərəncamına əsasən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bir aylıq üzvülük haqlarının 50 faizi - 35 min manat vəsait Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülmüşdür.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası İcrayə Komitəsinin 25 mart 2020-ci il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikası Həkarlar İttifaqları Şurasının bir aylıq üzvülük haqqının 50 faizi - 40 min manat vəsait Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılmışdır.

Həmçinin

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi 8558 manat,

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin kollektivi 4427 manat,

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin kollektivi 10 min 400 manat,

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin kollektivi 1082 manat,

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kollektivi 1713 manat,

Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin kollektivi 400 manat,

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50 min manat,

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivi 8982 manat,

“Badamlı Mineral Sular” Açıq Səhmdar Cəmiyyəti tərəfindən  20 min manat,

“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin kollektivi 1157 manat,

Gəmiqaya Holdinq Şirkəti 150 min  manat,

Cahan Holdinq Şirkəti 150 min manat,

Nəxşicahan Holdinq Şirkəti 40 min manat,

“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti 50 min manat,

“Babək Sirab” Açıq Səhmdar Cəmiyyəti 50 min manat,

Naxçıvan Sement Zavodu 50 min manat,

“Naxçıvan Avtoservis” Məhdud Məsuliyyətli Cəmiyyəti  5390 manat,

“Çəmənlik” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 min manat,

Dekor Qrup 30 min manat,

Bağışov Elçin Mərifət oğlu tərəfindən 1000 manat olmaqla, 2020-ci il 25 mart tarixə Koronovirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 918 min 109 manat vəsait ödənilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930