SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfada “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında voleseped idman növü üzrə rayon turniri keçirilib

Culfada “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında voleseped idman növü üzrə rayon turniri keçirilib
8-02-2019, 16:42 305 dəfə baxılıb

Culfa Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Bayraq Meydanı istiqamətindən Culfa Rayon Gülüstan Tarix-Mədəniyyət Qoruğu istiqamətinədək “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında voleseped idman növü üzrə rayon turniri keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, turnirdə 45 idmançı iştirak etmişdir. İlk öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov, Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin sədri İsmayıl Feyziyev və Təhsil Şöbəsinin əməkdaşı Səbuhi İbrahimov çıxış edərək keçirilən yarışın mahiyyətindən, idmana göstərilən diqqət və qayğıdan və idmanın bu növünün rayonda inkişaf etdirilməsi istiqamətində görüləcək işlərdən tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişdir.
Yekunda Culfa şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Elnur Əhmədov qalib olub. Gülüstan kənd tam orta məktəbinin şagirdi Zeynal Qasımov ikinci, Culfa şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Sunay Vəlixanov isə üçüncü yerlə kifayətlənib.
Qalib və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilmişdir.Tədbirin sonunda idmançılar rayon ərazisində fəaliyyət göstərən Culfa Rayon Gülüstan Tarix Mədəniyyət Qoruğuna ziyarəti təşkil edilmişdir. Burada idmançılara türbənin tarixi haqqında ətraflı məlumatlar verilmişdir.Culfada “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında voleseped idman növü üzrə rayon turniri keçirilibCulfada “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında voleseped idman növü üzrə rayon turniri keçirilib
Culfada “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında voleseped idman növü üzrə rayon turniri keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728