23:00 - Prezident: Müstəqilliyimizin 30 illiyini qələbə qazanmış xalq kimi qeyd edəcəyik
22:14 - YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI
22:06 - Naxçıvanda qadınlar daim qayğı əhatəsindədirlər
22:00 - Təcrübəçi tələbələr innovativ dərnəklərlə tanış olublar-FOTO
21:23 - Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb
21:20 - Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
21:10 - İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verib
20:43 - İlham Əliyev: "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik"
20:28 - “Brent” markalı neft ötən ilin yanvar səviyyəsinə qalxdı
20:15 - Naxçıvan sakinlərinin internetə olan tələbatının ödənilməsi diqqətdə saxlanılır
20:07 - Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir
20:00 - “8 mart-Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar intellektual oyun keçirilib
Naxçıvanda ilk: Onlayn market yaradıldı -FOTO
Martın 24-də Nəqşicahan Holdinq tərəfindən Naxçıvanda onlayn market yaradılıb. Onlayn marketi mobil telefonlara da yükləyərək bütün super market məhsullarını sifarişlər vermək mümkündür.
Holdinqdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, onlayn marketdə iki minə yaxın çeşiddə məhsul var. Sifarişlər 10 dəqiqə ərzində mənzilə çatdırılır. Yaşayış yerindən asılı olaraq sifarişlərin müəyyən qədər gecikməsi mümkündür. Evdən və ofisdən çıxmadan Naxçıvan onlayn marketdən sifariş verdiyiniz məhsullar servis vasitəsilə ödənişsiz olaraq mənzilinizə çatdırılır. Bu, həm təhlükəsizdir, həm də vaxt itkisinin qarşısını alır.
Onlayn marketdən ərzaq məhsulları, içkilər, şirniyyatlar, təmizlik ləvazimatları, ət və ət məhsulları, unlu-qənnadı məhsulları və digərlərini sifariş verə bilərsiniz.
Qeyd edək ki, canlı sifariş izləmə xidməti də yaradılıb. Sifariş verdikdən sonra servisin xəritədə gəlişini izləmək mümkündür. Ödənişlər nəğd və ya onlayn ödəmə vasitəsilə həyata keçirilir.
Onlayn market Naxçıvan şəhərini və ətraf kəndləri əhatə edir.
Özünün internet saytı (nom.com.az) və sosial şəbəkə hesabları da olan market səhər saat 08.00-dan gecə saat 02.00-dək xidmət göstərir.