SON DƏQİQƏ

naxcivanxeberleri.com

Lidersement MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10 000 manat ianə edib

Lidersement MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10 000 manat ianə edib
25-03-2020, 17:40

Norm Sement distribütor şirkətlərini və əməkdaşlıq etdiyi bütün şirkətləri hazırda yeni növ koronavirusla mübarizəyə qalib gəlmək məqsədilə birliyə, fəaliyyət göstərdikləri ərazidə sosial məsafə və izolyasiya qaydalarının tətbiqinə, cəmiyyətin maariflənməsində aktiv iştirak etməyə çağırıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Norm-un çağırışına qoşulan şirkətlərdən biri də şirkətin rəsmi distribütoru Lidersement MMC olub. Distribütor şirkətin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat ianə etməklə nümunəvi vətəndaş mövqeyi nümayiş etdirib.

Bundan başqa, Lidersement iş yerində və yaxın ərazilərdə dezinfeksiya işlərinin aparılması, dilerlər şəbəkəsinin virusdan qorunma qaydaları haqda məlumatlandırılması, onların dezinfektantlar və tibbi maskalarla təmin edilməsi üzrə aktiv iş rejiminə başlayıb.

Lidersement bu yoluxucu xəstəliyin öhdəsindən birgə gəlmək üçün hər birinizi ölkədə elan edilən xüsusi karantin rejiminin tələblərinə uyğun davranmağa, gigiyena və sosial məsafə qaydalarının tətbiqinə iş və şəxsi həyatınızda biganə qalmamağa çağırır.

Unutmayaq ki, virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə miqyaslı qabaqlayıcı, kompleks tədbirlərin həyata keçirildiyi bir zamanda hər bir vətəndaş ən azı şəxsi gigiyena qaydalarına riayət etməkdən məsuldur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930