SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda koronavirusla mübarizəyə könüllü qoşulanlar üçün ən asan yol seçildi

Naxçıvanda koronavirusla mübarizəyə könüllü qoşulanlar üçün ən asan yol seçildi
25-03-2020, 16:10

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki şəxslər tərəfindən asan yolla vəsait ödənilməsi üçün Naxçıvanbank Açıq Səhmdar Cəmiyyətinin muxtar respublikanın bütün regionlarında quraşdırılmış ödəniş terminallarında imkan yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü vəsait ödənişlərinin toplanılması üçün “Naxçıvanbank” ASC-yə məxsus ödəniş terminallarında lazımi proqram təminatı işləri aparılıb və test mərhələsindən sonra istifadəyə hazır vəziyyətə gətirilib.

Xidmətin istifadəyə verilməsində əsas məqsəd vəsait ödənilməsi aksiyasına könüllü qoşulan muxtar respublika sakinlərinin buna asan nail ola bilməsi üçün şəraitin təmin edilməsidir. Xatırladaq ki, hazırda muxtar respublikanın müxtəlif regionlarında 50 ödəniş terminalı quraşdırılıb.

Artıq muxtar respublikanın müxtəlif regionlarından olan sakinlər onlara yaxın olan istənilən terminaldan Fonda aşağıdakı qaydada ödəniş edə bilərlər.

Bunun üçün terminalın əsas səhifəsindən “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nu seçib, şəxsiyyət vəsiqəsinin FİN-kodunu daxil edib “irəli” sıxıb mobil telefon nömrəsini daxil etdikdən sonra (Fin-kodunu bilməyənlər üçün PİN-kod tələb olunan bölməni kodu yazmadan “irəli” sıxıb keçmək sonrakı bölmədə ad, soyad, ata adı və telefon nömrəsini daxil edib) təkrar “irəli” getmək, müvafiq pul əskinasını terminalın qəbul bölməsinə yerləşdirib “ödə”ni seçmək kifayət edir.

Ödənişin nəticəsinə dair çap olunan çekdə, ödənişə dair bütün məlumatlar dolğun əks olunur.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün aşağdakı bank hesabları açılıb.

Hesabın adı : Koronavirusla Mübarizəyə Dəstək Fondu

Vəsaiti alan: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi

VÖEN : 0200003621

Hesabın №-si : AZ21NABZ12360100000000005944

 

Bankın adı: Mərkəzi Bankın Naxçıvan MR İdarəsi

Bankın Kodu : 502906

Muxbir hesab : AZ88NABZ01451700000000012944

Bankın VÖEN-i : 0200087741

SWIFT BIK : NABZAZ2C

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930