SON DƏQİQƏ

naxcivanxeberleri.com

Evdə qal, təbiəti seyr et

Evdə qal, təbiəti seyr et
25-03-2020, 14:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən facebook səhifəsində "Evdə qal, təbiəti seyr et" (#evdəqaltəbiətiseyret ) adlı rubrika başladır. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, rubrikada Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini, eləcə də milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar, nümayiş etdiriləcək.

"Evdə qal, təbiəti seyr et" rubrikasında həm də təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək, ekoloji animasiyalar nümayiş etdiriləcək.

Bölümdə ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq."

Nazirliyin sözçüsü izləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsinin təşkil ediləcəyini bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031