SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Meqa Sığorta" ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

“Meqa Sığorta
24-03-2020, 17:51

“Meqa Sığorta"ASC sosial məsuliyyətli sığortaçılıq prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. Bu məqsədlə, “Meqa Sığorta" ASC Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 (Bir yüz min) AZN məbləğində vəsait köçürüb.

ASC-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən Meqa Sığorta Şirkəti bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır. Biz əminik ki, birlikdə lazımi tədbirlərə, eləcə də, ən əsası, ölkə Prezidentinin və dövlət rəsmilərinin tapşırıqlarına riayət edərək, xalqımız COVİD-19-la aparılan mübarizədə qalib gələcək!

Xatırladaq ki, "Meqa Sığorta" ASC 2010-cu ilin oktyabr ayından fəaliyyətə başlayaraq, korporativ və fərdi müştərisinə 30 növ könüllü və 3 icbari sığorta üzrə xidmət göstərir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031