SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda küçələr gecə saatlarında dezinfeksiya olunub

Bakıda küçələr gecə saatlarında dezinfeksiya olunub
24-03-2020, 11:00

Artıq bir neçə gündür ki, koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən xüsusi texnikalar vasitəsi ilə şəhərin küçələrinin yuyulması aparılır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu proses gündəlik olaraq səhər saat 05:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək keçirilir. Ötən gün axşam saatlarında paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi rayonlarında keçirilən yuyulma işləri bu səhər yenidən Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi və Səbail rayonlarında davam etdirilib. Bu proses paytaxtın bütün rayonlarındakı əsas, köməkçi və ara küçə və yolları əhatə edir.

Bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə kommunal və digər aidiyyəti qurumlar tərəfindən dezinfeksiyaedici tədbirlər aparılır.

Axşam saatlarında keçirilən prosesin foto və videolarını təqdim edirik.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930