SON DƏQİQƏ

naxcivanxeberleri.com

YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə təxminən 500 min manat ianə edib

YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə təxminən 500 min manat ianə edib
23-03-2020, 16:21

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyein tapşırığı əsasında hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə öz imkanları daxilində ciddi fəaliyyət göstərməkdədir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, artıq xəbər verildiyi kimi, YAP Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürüb.

YAP İcra Katibliyinin bu addımı partiyanın yerli strukturlarının əməkdaşları və fəallar tərəfindən yüksək humanist addım kimi qiymətləndirilib, növbəti nəcib aksiyanın həyata keçirilməsi üçün təşəbbüsçü rolu oynayıb.

Qəbul edilən qərara əsasən, YAP İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların 1 aylıq əmək haqqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediləcəkdir.

Beləliklə, YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə təxminən 500 min manat məbləğində yardım həyata keçirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031