SON DƏQİQƏ

naxcivanxeberleri.com

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 292 mini ötüb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 292 mini ötüb
23-03-2020, 11:51

Dünyada martın 21-i üçün koronavirusa yoluxanların sayı 292 142 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, sutka ərzində koronavirusa 26 mindən artıq insan yoluxub, 1600 nəfər isə virusdan ölüb. Dünyada koronavirusdan ölənlərin ümumi sayı 12784 nəfərə çatıb.

Bildilir ki, ən çox ölüm halları Avropa zonasında qeydə alınıb: 151 293 yoluxma və 7426 ölüm.

Yoluxma və ölüm hallarının çoxluğuna görə ikinci yerdə Qərbi-Sakit okean regionu, xüsusilə də Çin, Koreya Respublikası və Yaponiya qərarlaşıb. Bu regionda martın 21-i üçün 94 787 yoluxma və 3438 ölüm halı qeydə alınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930