SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Komitəsi vətəndaş qəbulunu onlayn keçirəcək

Dövlət Komitəsi vətəndaş qəbulunu onlayn keçirəcək
16-03-2020, 20:30

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qəbulu martın 17-dən, müvəqqəti olaraq, onlayn qəbul ilə davam etdiriləcək.

Dövlət Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a məlumata görə, vətəndaşlar 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə Komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər. Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir.

Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən video zəng edilməklə aparılacaqdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930