SON DƏQİQƏ

naxcivanxeberleri.com

Operativ Qərargah: Türkiyədəki vətəndaşlarımız ölkəyə gətirilib

Operativ Qərargah: Türkiyədəki vətəndaşlarımız ölkəyə gətirilib
15-03-2020, 20:16

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı razılıq əsasında sərnişinlərin hava və quru yolu ilə səfərlərinin müvəqqəti olaraq dayandırılmasından sonra Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün bu gün "Türk Hava Yolları" və "Azərbaycan Hava Yolları"nın İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində ölkəyə gətirilməsini təmin etmək üçün "Azərbaycan Hava Yolları" tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək.

Azərbaycana qayıtmaq istəyən vətəndaşların Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçmələri xahiş olunur.

Geri qayıtmaq üçün müraciət edən vətəndaşlar sırasında aşağıdakı hallara üstünlük veriləcək:

- Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olan;

- Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edən;

- "Azərbaycan Hava Yolları" ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olan;

- Yaşlı, azyaşlı uşağı olan və ya xəstəlik durumu olan şəxslər.

Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər. Bütün vətəndaşlardan karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib.

İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlara səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930