SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün İstanbuldan Bakıya çarter reysi ilə 474 azərbaycanlı çatdırılacaq

Bu gün İstanbuldan Bakıya çarter reysi ilə 474 azərbaycanlı çatdırılacaq
15-03-2020, 19:21

Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan vətəndaşları bu reyslər vasitəsilə vətənə çatdırılacaqlar.

Beləliklə, bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı çatdırılacaq. Daha bir çarter reysi sabaha planlaşdırılacaqdır.

Bundan əlavə, yaxın zamanda AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək.

Lazım olduqca AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.

Əvvəl də məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda "qaynar xətt" yaradılmışdır. "Qaynar xətt"in nömrəsi: +90537 282 67 40

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031