SON DƏQİQƏ

naxcivanxeberleri.com

Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək

Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
14-03-2020, 11:13

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların magistratura xərclərinin dövlətin öz üzərinə götürməsi təklif edilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik olunacaq. 

Qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930