16:00 - Türkiyəli güləşçi ermənini udub Avropa çempionumuza rəqib oldu
15:47 - DİM abituriyentlərə müraciət edib: Sənədləri hazır saxlayın
15:41 - "Twitter"in işində nasazlıq yaranıb
15:30 - AVRO-2020: UEFA təşkilatçı şəhərlərin sayını azaltdı
15:24 - YAP İdarə Heyəti MSK üzvlüyünə namizədləri təsdiqlədi
15:17 - Nazir: "Azərbaycan və Ermənistan nəqliyyat və energetika dəhlizlərinin açılması üzərində işləyir"
15:08 - Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək - Hikmət Hacıyev
14:52 - Bu il 64 min hektara yaxın sahədə pambıq çiyidi səpilib
14:44 - Sabahın hava proqnozu açıqlanıb
14:38 - İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələbi ləğv edildi
14:29 - Agentlik: Vətən müharibəsinin 700-ə yaxın qazisi işlə təmin olunub
14:20 - Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək
14:13 - Amerikalı ekspert: "Bayden “erməni soyqırımı”nı tanımağın nəticələrinə hazır deyil"
14:00 - Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
Naxçıvan Dövlət Universitetində Bədən Tərbiyəsi və İdman günü qeyd edilib
Naxçıvan Dövlət Universitetinin İdman kompleksində “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə konfransı giriş sözüylə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Universitetin Pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələlərdən ətraflı məlumat verilib. Bildirilib ki, yaradılan hərtərəfli şərait tələbələri bu istqamətdə daha fəal olmağa səsləyir. Prorektor bu gün münasibətiylə tələbə və müəllim heyətini təbrik edib.
Bədən Tərbiyə və idman kafedrasının müdiri, Naxçıvan MR-nın Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev muxtar respublikada idmanın inkişaf tarixindən söz açaraq qeyd edib ki, idmanın inkişafı, müxtəlif sahələri üzrə yaradılmış olimpiada mərkəzləri bu sahəyə xüsusi diqqətin olduğunun əyani sübutudur.
Sonra Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Tibb kollecinin qızları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib və universitetin komandası qalib olub. Qalib komanda kubok və komandanın hər bir üzvü isə diplomla təltif edilib. Oğlanlar arasında voleybol yarışı isə universitetin yığma voleybol komandası ilə ali təhsil ocağının Pedaqoji fakültəsinin komandası arasında keçirilən yarışda yığma komandamız qalib olub. Şahmat üzrə tələbələr arasında keçirilən yarışda isə 10 nəfər şahmatçı iştirak edib. Oyunun final mərhələsi isə 5 mart tarixində olacaq.