SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aqrar sığortanın əhəmiyyəti mövzusunda maarifləndirici tədbir keçirilib

Aqrar sığortanın əhəmiyyəti mövzusunda maarifləndirici tədbir keçirilib
3-03-2020, 22:34

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi mütəxəssisləri və Aqrar Sığorta Fondunun idarə heyyəti Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə Culfa rayonunun Ərəzin kəndində  ailə təsərrüfatı başçıları və torpaq mülkiyyətçilərinin iştirakı ilə “Aqrar sığorta fondunun yaradılmasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçiriilib.

 Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Aqrar Sığorta Fondunun idarə heyyətinin sədri Zəkəriyyə Gözəlov Aqrar Sığorta Fondunun yaradılmasının əhəmiyyəti mövzusunda çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 yanvar 2020-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondu yaradılıb. Fondun yaradılması aqrar sahənin inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Aqrar sığorta sisteminin tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalının davamlılığı və dayanıqlılığı təmin olunacaq. Bu sistemin təkmilləşdirilməsi muxtar respublikada idxaldan asılılığın azaldılmasına və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər, aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyin əməkdaşları Əyyub Abdullayev hevandarlıqda sığortanın tətbiqi, Xaliq Abbasov əkinçilikdə aqrar sığortanın əhəmiyyəti, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin mütəxəssisi Vüsal Ağayev Aqrar Sığorta Fondunun tətbiqi  və hesablama qaydaları  mövzusunda çıxış edərək vurğulanıb ki, aqrar sığorta predmetləri təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğınlar, zəlzələlər, qasırğa, fırtına, dolu, torpaq sürüşməsi, bitki xəstəlikləri və zərərvericilər, yoluxucu xəstəliklər, zəhərlənmələr, ilan və ya həşərat sancması nəticəsində ölüm, kütləvi zəhərlənmələr nəticəsində ölüm, zəhərli otlar və yemlərdən istifadə, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri üzrə risklərin bir və ya bir neçəsindən sığortalanırlar.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.                  

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031