SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan yeni şərab brendlərini Belçika və Çinə satacaq

Azərbaycan yeni şərab brendlərini Belçika və Çinə satacaq
5-02-2019, 15:20

Azərbaycanın şərab istehsalçısı "ASK Şəki Şərab", "Bouquet Sheki" və "Askona" adlı brendlərini təqdim edəcək. NAXCİVANXEBERLERİ.COM xəbər verir ki , bunu şirkətin direktoru Vidadi Həsənov deyib.

Onun sözlərinə görə, "Bouquet Sheki" və "Askona" brendləri altında Azərbaycanda yığılmış "Rkatsiteli", "Saperavi", "Mədrəsə", "Muskat", "Şardone" və "Merlo" kimi üzüm sortlarından şərablar istehsal olunacaq:

"Bu yüksək keyfiyyətli şərablar tamamilə Azərbaycan istehsallıdır, Avropa texnologiyalarına uyğun hazırlanıb. Yaxın günlərdə yeni şərablar ölkənin, demək olar, bütün iri ticarət obyektlərdə təqdim olunacaq".

Direktor bildirib ki, bununla yanaşı, zavod Belçika, Çin və Qazaxıstana şərab ixracını təşkil etməyi planlaşdırır:

"Biz istehsal etdiyimiz şərablardan nümunələri Belçika, Çin və Qazaxıstana göndərmişik və məhsullarımız yüksək qiymət alıblar. Bu ölkələrdən olan şirkətlərlə müqavilə bağlamağı planlaşdırırıq".

Qeyd edək ki, 2018-ci ildə "ASK Şəki Şərab" zavodu 724,9 ton üzüm qəbul edib və 500 min litr şərab məhsulu hazırlayıb.

2011-ci ildə yaradılan "ASK Şəki Şərab" şirkəti Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsidir.(Trend)


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031