SON DƏQİQƏ

naxcivanxeberleri.com

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı təxirə salındı
3-03-2020, 10:49

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq 9 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

Bundan əvvəl martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu sinif buraxılış imtahanı da təxirə salınıb.

Qeyd edək ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031