SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın milli parklarında “açıq qapı” günü keçirilir

Azərbaycanın milli parklarında “açıq qapı” günü keçirilir
3-03-2020, 09:20

“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar bu gün Azərbaycanın milli parklarında “açıq qapı” günü keçirilir.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır.

Ölkəmizdə vəhşi təbiətin, fauna və flora növlərinin mühafizəsi istiqamətində görülən mühüm işlərdən biri xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır.

Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,31 faizini təşkil edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930