SON DƏQQƏ

naxcivanxeberleri.com

İranda olan Azərbaycan vətəndaşları ölkəyə təyyarə ilə qaytarılacaq

İranda olan Azərbaycan vətəndaşları ölkəyə təyyarə ilə qaytarılacaq
1-03-2020, 18:40

Fevralın 29-da İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlər Kabinetinin yanında operativ qərargahdan  verilən məlumata görə, bu məqsədlə martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin olunacaq.

Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı Səfirliyi və Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

İrandan təxliyyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcəklər

Xatırladırıq ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib.

Azərbaycan Respublikası ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ünvanı:

Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

Telefon:

(+98 910) 559 56 10 (+9821) 22 55 82 99 (+9821) 22 55 42 55

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun ünvanı:

Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9

Telefon:

(+98 902) 095 13 83

(+98413) 333 48 02/04

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30