13:10 - Sabahın hava proqnozu açıqlanıb
13:04 - Tacikistan Prezidenti İlham Əliyevi təbrik edib
12:55 - Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyulub
12:52 - İlham Əliyev və Mehriban Əliyeva “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər
12:50 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər ediblər
12:31 - Türkiyəli nazir: “TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”
12:21 - Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir"
11:56 - İsveç Kralı Azərbaycan Prezidentini təbrik edib
11:52 - Türkmənistanın Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
11:42 - “Efes-2022” çoxmillətli təlimi davam edir - FOTO, VİDEO
11:36 - Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
11:31 - Ukrayna Baş Qərargahı: "Rusiyanın 500-dən çox PUA-sı məhv edilib"
11:26 - Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
Bu gündən Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılır
Ədliyyə Nazirliyinin səlahiyyətləri artıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu, Prezident İlham Əliyevin 18 dekabr 2019-cu il tarixində imzaladığı fərmanla "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, bu gündən – martın 1-dən qüvvəyə minən dəyişikliklərə görə, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri sırasına özəl məhkəmə eksperti şəhadətnaməsini vermək, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq daxil edilib.
İndiyə qədər Ədliyyə Nazirliyi məhkəmə ekspertizalarının keçirilməsini təşkil edibsə, özəl məhkəmə ekspertlərinin yaranması ilə əlaqədar Ədliyyə Nazirliyinin bu sahədə də vəzifəsi konkretləşib. Nazirlik məhz tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edəcək. Müvafiq olaraq Ədliyyə Nazirliyinin vəzifələri sırasına tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunun tələblərinə riayət etməsinə nəzarət etmək və tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək daxil edilib.