SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ağbulaq” İstirahət Mərkəzində muxtar republikanın fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi” təşkil edilib

“Ağbulaq” İstirahət Mərkəzində muxtar republikanın fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi” təşkil edilib
5-02-2019, 09:17

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,“Ağbulaq” İstirahət Mərkəzində muxtar republikamızın fəal gənclərin iştirakı ilə növbəti “Qış məktəbi” təşkil edilib.
Qış məktəbinin ilk günündə gənclər “Ağbulaq” İstirahət Mərkizi ilə yaxından tanış olmuş, stolüstü idman oyunlarında iştirak etmiş, süni örtüklü mini futbol meydançasında futbol oynayıblar.
Günün ikinci yarısında “Vətəni tanı” İntellektual oyununun ilk mərhələsi keçirilmişdir.
Günün sonunda gənclər vətənpərvərlik mövzusunda “Ayla” bədii filminə baxıblar.
Qeyd edək ki, 4-8 fevral 2019-cu il tarixlərdə 60 nəfərin iştirakı ilə təşkil olunan “Qış məktəbi”nin iştirakçıları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələridir.
"Qış Məktəbi" Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930