SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Breyn rinq” intellektual oyunu keçirilib-FOTO

“Breyn rinq” intellektual oyunu keçirilib-FOTO
27-02-2020, 18:15

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən yeniyetmə və gənclərin vətənpərvərlik və vətandaşlıq hissinin yüksəldilməsi, onların Azərbaycanın şanlı hərb tarixi ənənələri ilə tanış olmalarına şərait yaratmaq məqsədi ilə “Şəhidimiz” mövzusunda “Breyn rinq” intellektual oyunu keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oyuna başlamazdan əvvəl Gənclər Fondunun Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin aparıcı mütəxəssisi Ceyhun Xəlilli və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Nurlan Məhərrəmov çıxış edərək oyunun qaydaları, keçirilməsi məqsədi haqqında iştirakçılara məlumat vermişlər.
Yeniyetmələr arasında baş tutmuş intellektual oyunda 8 komanda mübarizə aparmışdır. Azərbaycanın milli qəhrəmanlarını, ərazi bütövlüyümüz çərçivəsidə canından keçmiş şəhidlərimiz haqqında verilmiş suallara məktəblilər cavab verməyə çalışıblar. Yekunda I yeri Naxçıvan şəhəri, II yeri Culfa rayonu, III yeri Şərur rayonunun komandaları tutmuşdur.
Qaliblər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən diplom və oxunması zəruri olan kitablarla mükafatlandırılmışdırlar.


 “Breyn rinq” intellektual oyunu keçirilib-FOTO “Breyn rinq” intellektual oyunu keçirilib-FOTO
 “Breyn rinq” intellektual oyunu keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031